
Aslan
və iki öküz
Otlaqda iki öküz
otlayırdı. Ac aslan onları görüb çox sevindi. O fürsət tapıb öküzlərə hucum
etdi. Öküzlər daldala verib, buynuzları ilə aslanı qovdular. Aslan onların
birliyini görüb, qorxudan geri çəkildi.
O, hiləyə
əl atdı.
Öküzlərin birinə yanaşıb pıçıldadı:
- Əzizim bax bu
gözəl otlağı sənə veriyəm. Dadlı odlardan nə qədər istəyirsən ye! Ancaq o,
boz öküzlə gəzmə. Buna əməl etsən sən ilə işim yoxdur. Ağılsız öküz aslanın
vədəsinə aldanıb, vəfalı yoldaşından uzaqlaşdı. Bunu görən aslan fürsət tapıb,
yalqız qalan öküzü parçalayıb yedi. üç gündən sonra aslan yenidən acalıb, gəlib
aldanmış öküzü parçalayıb onuda yedi. Uşaqlar namərdin qaydasıdır, ayırar
dostu dostdan.